Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub (YENİLƏNİB)

OXUNUB: 601 HADİSƏ
Bu gün yerli vaxtla saat 12:27-də Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən 7NEWS-a verilən məlumata görə, zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.

***13.00

Zaqatala və Qax rayonunda zəlzələ olub.

"Report"un məlumatına görə, zəlzələ yerli vaxtla saat 12:26-da qeydə alınıb. Yeraltı təkanlar Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Zərnə və Güllük kəndlərində güclü hiss olunub. 

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qaxdan 8 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların maqnitudası 4,2, dərinliyi isə 60 km olub.  

RƏYLƏR