Honduras prezidentinin bacısı helikopter qəzasında öldü

OXUNUB: 579 DÜNYA

Honduras prezidenti Xuan Orlando Ernandesin bacısı İlda Ernandes  daxil olmaqla 6 nəfər helikopterin qəzaya uğraması nəticəsində ölüb.

İcmal.Az-ın APA-ya istinadən verdiyi xəbər görə, "AS305 Ecuriuel” tipli hərbi helikopterin göyərtəsində altı şəxs olub, onların hamısı qəza nəticəsində ölüb.

Qəza Fransisko Morasan departamentində baş verib.

Orlando Ernandesin "Twitter” mikrobloqunda faciə ilə əlaqədar qara lent şəkli dərc etdiyi bildirilir.

İcmal.Az

RƏYLƏR