Kabildə şiələrin məscidində partlayış törədilib.
İcmal.Az "Reuters”ə istinadən xəbərinə görə, hadisə nəticəsində azı 30 nəfər həlak olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, canlı bomba özünü partladıb.
***
"Press TV”nin məlumatına görə, İŞİD terror təşkilatı Kabildəki partlayışa məsuliyyəti öz üzərinə götürüb.
***
Reuters agentliyinin məlumatına görə, məscidlərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.