Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi bəlli olub.
İcmal.Az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 49 kq çəki dərəcəsində mübarizə aparacaq Rüfət Hüseynov 1/4 finalda İran boksçusu Omid Əhmadisafa ilə üz-üzə gələcək.
R.Hüseynovun rəqibi bu gün keçirilən 1/8 final döyüşündən sonra bəlli olub. Türkiyə idmançısı Tolqahan Öztürkü mübarizədən kənarlaşdıran İran boksçusu O.Əhmadisafa R.Hüseynovla qarşılaşmaq hüququ əldə edib.
R.Hüseynovun O.Əhmadisafa ilə görüşü mayın 15-də olacaq.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
İcmal.Az