İsveç polisi oyuncaqla “silahlanmış” daun sindromlu gənci öldürdü

OXUNUB: 933 DÜNYA

İsveçin paytaxtı Stokholmda əlində oyuncaq silahla evdən qaçan 20 yaşlı daun sindromlu Erik Torel polis tərəfindən güllələnib. 

İcmal.Az "Expressen” qəzetinə istinadla xəbər verir ki, Torel hadisə yerində dünyasını dəyişib. 

Nəşrə açıqlama verən gəncin atası Riçard Torel oğlunun gecə yarısı evdən qaçdığını və məsələ ilə bağlı polisdən kömək istədiklərini bildirib. 

"Oğlumun əlində oyuncaq silah vardı. Polislər oyuncaq silaha görə oğluma atəş açıblar. Güllələr onun qarın nahiyəsinə dəyib”, - ata qeyd edib. 

Gəncin anası Katarina Sodeberq isə oğlunun ancaq "ana” deyə bildiyini söyləyib:

"Oğluma həyatında ilk dəfə oyuncaq silah hədiyyə edildi. Bu silah da onun sonu oldu”.

Image result for elinde oyuncak silah olan down sendromlu genc

İcmal.Az

RƏYLƏR