İsveç XİN-in başçısı: “İsveç “erməni soyqırımı”nı tanımır”

OXUNUB: 118 DÜNYA
İsveçin xarici işlər naziri Marqot Valström mətbuat konfransında jurnalistlərə bildirib ki, 1915-ci ilin hadisələrini "soyqırımı” kimi tanımaq çox çətin olacaq.

Bunu Valström jurnalistin İsveç hökumətinin "erməni soyqırımı”nın tanınması haqqında qanunu təsdiqləyib-təsdiqləməyəcəyi barədə sualına cavab olaraq deyib.

"Ölkəni soyqırımında ittiham etmək üçün qəti sübutlar lazımdır”, - xarici işlər naziri bildirib və xatırladıb ki, 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərin daxil olduğu xüsusi komissiya yaradılıb.

İsveç XİN başçısının sözlərinə görə, bu gün həmin problem üzrə nəticələr əldə etmək çox çətindir, belə ki, hadisələrin şahidlərindən sağ qalanı yoxdur: "Bəzi ölkələr bunu "soyqırımı” kimi tanıyıb. Məncə, bu, qeyri-sağlam vəziyyətdir, çünki bu cür qərardan sonra müvafiq addımlar da atılmalıdır. Bu, sizi əbədilik bağlayır”. (Virtualaz.org)
 
 
İcmal.Az

RƏYLƏR