Maduro: “Yalnız məni öldürməyə çalışmırdılar”

OXUNUB: 616 DÜNYA

"Onlar yalnız bizi, prezidenti öldürməyə çalışmırdılar, həm də ölkəni, sülhü, demokratik ideyaları öldürməyə, Venesuelanın siyasi və sosial həyatını zorakılıqla doldurmağa çalışırdılar”.

İcmal.Az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro ona qarşı sui-qəsd cəhdi ilə bağlı danışarkən deyib.

Maduronun iddiasına görə, o tribunaya sui-qəsdçilər tərəfindən göndərilmiş pilotsuz təyyarəni şəxsən görürdü.

"O bizim başlarımızın üzərində böyük səs-küylə uçdu. Mən danışmağa davam edirdim və dron hansısa bir anında prezident tribunasına hərəkət etməyə başlayır. Bu saniyələrin məsələsi idi, bizi öldürməyə hazır idi”, - prezident bildirib.

Onun sözlərinə görə, dronu idarə etmiş terrorçuların iki qrupu fəaliyyət göstərirdi. Prezident qeyd edib ki, onlardan biri Kolumbiya Norte-de-Santander departamentinin Çinakote şəhərində təlim keçirdi.

Qeyd edək ki, avqustun 5-də parad zamanı Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd olub.

İcmal.Az

RƏYLƏR