2013-cü ildə Venesuelanın hazırkı prezidenti Nikolas Maduronuninaqurasiya mərasimini yarımçıq kəsən Yendri Sançesin meyiti tapılıb.
İcmal.Az Ren.TV-yə istinadla xəbər verir ki, 30 yaşlı kişinin ölümündən ilk olaraq qonşuları xəbər tutublar. O, başında polietilen torba ilə tapılıb. Ölümün səbəbləri barədə heç bir açıqlama verilməyib.
2013-cü ildə Maduronun inaqurasiyası zamanı Sançes mühafizə xidmətindən yayınaraq Maduronun dayandığı kürsüyə qalxıb. O, siyasətçini qucaqlayaraq ondan yardım istəyib.
Bu hərəkətinə görə Sançes 1,5 il azadlığdan məhrum edilmişdi.
İcmal.Az