“Mehmetcik”dən 2 saat içində STRATEJİ QƏLƏBƏ - VİDEO

OXUNUB: 635 DÜNYA

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı” əməliyyatının 32-ci günündə ciddi uğur qazanıb.

Afrinin şimalındakı Sorani, Heyyani ve Zeytune kəndləri 2 saat ərzində azad edilərək şimal cəbhəsinin birləşdirilməsi üçün önəmli addım atılıb.

Əməliyyatın gedişatında Azez və Şeyx Horoz arasında yerləşən yol açılıb. Beləliklə, Azez-Bülbül yolu birləşdirilmiş olub. Əməliyyatın başlanmasından bu yana 1715 PYD/PKK terrorçusu öldürülüb, 20-si strateji təpə olmaqla, 79 nöqtə azad edilib./publika

İcmal.Az

RƏYLƏR