Meksikanın Miçiogan əyalətində naməlum cinayətkarların hücumu nəticəsində ən azı 14 polis əməkdaşı həlak olub. Bu barədə bazar ertəsi Meksika ictimai təhlükəsizlik nazirliyi rəsmi "Twitter" səhifəsində açıqlayıb. "İctimai təhlükəsizlik və vətəndaşların müdafiəsi nazirliyi, Miçioganda 14 polisin öldürülməsi ilə nəticələnən hücumu pisləyir" mesajda qeyd olunur. Ətraflı məlumat verilmir. Rəsmi məlumatlara görə, bu ilin yanvar-avqust aylarında Meksikada 23,7 min adam cinayətkarların əlindən ölüb, bu da 2018-ci illə müqayisədə 3,5% çoxdur. Minlərlə insanın ölümünə görə məsuliyyət narkotik mafiyasının üzərinə düşür. Sentyabrın əvvəlində prezident Andres Manuel Lopez Obrador cinayətkarlığa qarşı mübarizəni əsas məqsədi olduğunu deyib.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Qazaxıstanda hökumət istefa verdi
05.02.2024, 16:20 / Özəl, DÜNYA -
Çində iki uşağı pəncərədən ataraq öldürən cütlük edam edilib
02.02.2024, 18:13 / Özəl, DÜNYA -
Qəzzada ölənlərin sayı 27 mini keçib
01.02.2024, 16:39 / Özəl, DÜNYA -
Pakistanda keçmiş baş nazir İmran Xana 10 il müddətinə həbs verildi
30.01.2024, 14:22 / Özəl, DÜNYA -
Qana bütün Afrika ölkələri üçün vizaları ləğv etməyi planlaşdırır
29.01.2024, 13:08 / Özəl, DÜNYA -
Rusiyada neft emalı zavodunda yanğın baş verib
25.01.2024, 17:02 / Özəl, DÜNYA -
Rusiyada ukraynalı məhbusları daşıyan təyyarə qəzaya uğradı
24.01.2024, 14:27 / Özəl, DÜNYA