Aktrisa Sandra Ballok uzun müddətdir eşq yaşadığı sevgilisi Brayan Randalla gizlicə ailə qurub.
52 yaşlı aktrisa özündən bir yaş balaca sevgilisi ilə Los-Ancelesdə qəhvə içərkən görüntülənib.
Paparazzilərə tuş gələn cütlüyün barmağında nişan üzüyü olub.
Qeyd edək ki, Sandra 2005-ci ildə Cessi Ceymslə ailəli olub. Bu nikah 5 il davam edib və onlar 2010-cu ildə boşanıblar. Aktrisa Brayanla 2015-ci ildən bərabərdir./axşam
İcmal.Az