ABŞ-ın Detroyt şəhərinin yaxınlığında düşən kiçik meteorid havada partlayıb.
Partlayış Rixter cədvəli üzrə 2 ballıq zəlzələnin baş verməsinə səbəb olub.
Sakinlər partlayışı əvvəlcə güclü ildırım kimi qəbul ediblər. Ancaq ABŞ-ın Milli Meteoroloji Xidmətinin mütəxəssisləri onun kiçik meteorid olduğunu bildiriblər.
Bu, sonradan Amerika Geoloji Xidmət tərəfindən də təsdiqlənib. Mümkün dağıntılar və zərərçəkənlər haqqında məlumat yoxdur.
Hadisənin görüntüləri internetdə dərc edilib./publika
İcmal.Az