Meyiti 3 gün evdə qalan xalq artistimizin ACINACAQLI TALEYİ: Uşağı olmurmuş... - FOTO

OXUNUB: 1536 MƏDƏNİYYƏT
Xalq artisti Zərnigar Ağakişiyyeva 2-3 gün əvvəl vəfat edibmiş. Zərnigar Ağakişiyeva APA-ya müsahibəsindən kiçik bir hissəni təqdim edirik:

- Ailə qurmaq arzunuz olub? 

- Onu mən hiss etməmişəm. Axı insanı yaşadan sevgidir və mən bu sevgini alırdım. O sevgi, tamaşaçı sevgisi mənə xəyanət etmədi. Ümumiyyətlə, sevgisiz heç nə yoxdur, bu tək insan üçün nəzərdə tutulmayıb. Bütün canlıların sevgiyə ehtiyacı var. Heyvanlar da öz sevgilərini özlərinə məxsus şəkildə nümayiş etdirir və əvəzini istəyir. Həyat sevgi, məhəbbət üzərində qurulub. Sevgi ailədə də olur. Əgər orda təmənna yoxdursa. Bəzən elə olur ki, ailələr qurulanda müəyyən təmənnalar güdülür. Qarşılıqlı sevgi əsasında ailə qurmaq, uşaqların bu ailədə sevgi içərisində böyüməsi başqa şeydir. Hər zaman düşünmüşəm ki, ailə həyatım ya belə olsun, ya da heç olmasın. Başqa cür istəmirəm, istəməzdim də. Həmişə çəkinmədən demişəm ki, ailə o zaman ailə olur ki, hər iki tərəf bir sənətin yolçusu olur, günü-güzəranı maraqlı, amalı bir olur. Amma cəmiyyətdə elə ailələr, insanlar var ki, onlar həyat yoldaşlarının aktrisa olmasını istəmirlər. Ona görə yox ki, bu, pis peşədir, yoldaşına baxırlar və s. Sadəcə ailənin mövcud bir proqramı və qanunu var. Ola bilər bunu qəbul etsinlər, amma sonda sən özün baxıb görürsən ki, günorta 3-ə qədər və axşam saat 7-dən 11-dək teatrdasan, bir ay qastroldasan. Bu adam olur azad, yəni sən varsan, ya yoxsan, onun daha fərqi yoxdur. Biri var ki, biz həyatın üzünə ideoloji, fantastik və yaxud mənəviyyat müstəvisində baxırıq. Həyatın üzünə dik baxanda görürsən ki, hər bir kişi işdən evə istirahətə gəlir, ailə başçısıdır, onu evdə isti nəfəs qarşılamalıdır. Əgər gəlib görür ki, evdə heç kim yoxdur, soyuducudan özü çıxarıb nə isə hazırlayırsa, bunlar hamısı səbəbdir. Təbii ki, ailə quranda kişi istəməz ki, həyat yoldaşının adı dillərdə hallansın. Bu həyatın reallığıdır, amma biz bunu nədənsə qəbul etmirik. 

- Siz çıxışlarınızın birində 13 il bir insanla eyni evi bölüşdüyünüzü demisiniz. 

- Bəli, həyat yoldaşım olub. Mən həddindən artıq sərbəst idim, o da özü üçün sərbəst idi. O ailə deyildi... Uşaq da olmurdu. Qadın azad olanda, kişi də başlı-başına qalıb o biri tərəfdə lap azad olur. Belə insanların birgə ailə qurması və bu ailənin ömür boyu davam etməsi mümkünsüzdür. Bizdə də belə oldu. 

Meyiti 3 gün evdə qalan xalq artistimizin ACINACAQLI TALEYİ: Uşağı olmurmuş... - FOTO
İcmal.Az

RƏYLƏR