Misirdən sərsəm çağırış: "Qətərə tətbiq edilən embarqo Türkiyəyə də tətbiq edilsin"

OXUNUB: 919 DÜNYA
Misirin prezidenti Əbdülfəttah Sisi yeni açıqlama verib.

Açıqlamaya əsasən, Sisi Qətərə tətbiq edilən embarqonun Türkiyəyə də tətbiq edilməsini istəyib.

Sisi Körfəz ölkələri liderlərini Ankaranın Qətəri dəstəkləməkdən vaz keçənə qədər Türkiyəni də blokadaya daxil etməyə səsləyib.

Məlumata əsasən, Qahirədə Bəhreyn kralı ilə görüşən Sisi bu açıqlamanı verib. Misir prezidentinin bu təklifi cavabsız qalıb. Türkiyə prezidentinin Sisinin ünvanına səsləndirdiyi tənqidlər bu çağırışa səbəb olub. Sisi həm də Türkiyəni "Müsəlman Qardaşlar"a dəstək verməkdə ittiham edib./olke.az
 

İcmal.Az

RƏYLƏR