Pakistanla sərhəddə 50 əfqan hərbçisi öldürülüb

OXUNUB: 1082 DÜNYA

Mayın 5-də Pakistanla sərhəddə atışma zamanı 50 əfqan hərbçisi öldürülüb, 100 əfqan hərbçisi yaralanıb.

Bunu bu gün  Pakistanın Bəlucistan əyalətinin sərhəd korpusunun rəisi general-leytenant Nədim Əhməd açıqlayıb.

Pakistan ordusu mayın 5-də əfqan sərhədçilərini Pakistan ərazisini atəşə tutmaqda, dinc sakinlərin öldüyü, sərhədçilər də daxil olmaqla, 18 nəfərin yaralandığı barədə məlumat yayıb. Bu gün isə N. Əhməd Pakistan sərhədçiləri də daxil olmaqla, 12 nəfərin öldüyü, 40 nəfərin yaralandığını bildirib. General əfqan hərbçilərin hücum edərək sərhədi keçdiyini, Pakistan hərbçilərinin atəşi nəticəsində 50 əfqan hərbçinin öldüyünü, 100 əfqan hərbçinin yaralandığını qeyd edib./apa

 İcmal.Az


RƏYLƏR