Partiya sədri: "Jurnalistlər üçün tikilmiş evi qeydsiz-şərtsiz olaraq jurnalistlərin özlərinə vermək lazımdır"

OXUNUB: 1058 Özəl GÜNDƏM SOSİAL
Bu barədə 7NEWS.az-a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov bildirib: "Jurnalistlər üçün tikilmiş binanın şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə verilməsi barədə təklif və ya müraciəti təqdir etmirəm. Tutaq ki, həmin bina həqiqətən də sözügedən kateqoriyadan olan şəxslərə, ailələrə verildi, məgər bununla şəhid ailələri, müharibə əlilləri və qazilərin mənzil problemi birdəfəlik həll olunacaqmı? Yox, həll olunmayacaq. Yaxşı, əgər bu yolla problemin çözülməsinə nail ola bilməyəcəyiksə, o zaman bu cür təkliflərin səsləndirilməsinin, müraciətlərin edilməsinin nə anlamı var? 

Əlbəttə, demokratik cəmiyyətdə yaşayırıq, bu və ya digər məsələ ilə bağlı ən müxtəlif, fərqli fikirlər səsləndirilə, təkliflər irəli sürülə bilər. Bu normaldır. Fikir plüralizminə, əks fikirlərə hörmət və anlayışla yanaşmalıyıq. Ancaq eyni zamanda reallıqdan çıxış etməliyik. 

Reallıq isə hazırda ondan ibarətdir ki, zatən bu cür müraciətlər edilsə də, edilməsə də, Prezident İlham Əliyev onsuz da şəhid ailələrini, müharibə əlillərini və qaziləri daim diqqət mərkəzində saxlayır, onların problemləri ilə maraqlanır, mənzillər və avtomobillərlə təmin olunması üçün müvafiq göstərişlər verir. Bu proses bundan sonra da davam edəcək. Dövlətimiz daim şəhid ailələrinin, qazilərin yanındadır. Buna əmin ola bilərsiniz. 

Odur ki, jurnalistlər üçün tikilmiş evi qeydsiz-şərtsiz olaraq jurnalistlərin özlərinə vermək lazımdır. Bu onların halal haqqıdır. Bu günləri evi olmayan, kirayələrdə yaşayan fədakar jurnalistlərimiz az deyil. Üçüncü binadakı mənzillər məhz həmin jurnalistlərə verilməlidir. Vüqar Səfərlinin ədalətsiz "bölgü"sü üzündən evsiz qalmış dəyərli, peşəkar jurnalistlərimizin hamısı evlə təmin edilməlidir. Jurnalistləri şəhid ailələri ilə, müharibə əlilləri ilə, biz qazilərlə üz-üzə qoymaq heç də yaxşı iş deyil."
Нет описания.

RƏYLƏR