Ermənistan baş naziri Nikol Paşinyan yaxın günlərdə İrana səfər edəcək.
İcmal.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın Milli Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan "Facebook” hesabında yazıb.
O qeyd edib ki, avqustun 9-da İranın Ermənistandakı səfiri Seyid Qasım Sacadi ilə görüşüb.
"Səfir baş nazir Nikol Paşinyanın İrana gözlənilən səfərinin vacibliyini qeyd edib”, - Qriqoryan əlavə edib.
İcmal.Az