Pilot siqaret çəkdi, təyyarə düşməyə başladı - Təhlükəli anlar

OXUNUB: 600 DÜNYA

Çində yardımçı pilotun elektron siqaretdən istifadə etməsi təhlükəli anlara səbəb olub.

İcmal.Az xarici KİV-ə istinadən xəbər verir ki, Honkonqdan Daliana uçan Boeing 737 tipli təyyarə göyün 8 min metrliyində gözlənilmədən hündürlüyü itirməyə başlayıb. Təxminən 10 dəqiqə hündürülüyü itirməyə davam edən təyyarədə oksigen maskaları işə düşüb. 

 

Sərnişinlər qorxudan qışqıraraq ağlamağa başlayıblar. Enişi 3 min metr hündürlükdə dayandırmaq mümkün olub. Çinli mütəxəssislər araşdırma nəticəsində pilotun elektron siqaret çəkdiyini, nəticədə göyərtədə oksigen səviyyəsinin azaldığını təsbit ediblər. 

 


İcmal.Az

RƏYLƏR