Putin və Ərdoğan arasında telefon danışığı olub

OXUNUB: 826 DÜNYA

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı iqtisadi-ticari sahədə məhdudiyyətlərin ləğv olunmasına dair razılığın həyata keçirilməsini, həmçinin birgə layihələrin reallaşdırılması kimi məsələləri müzakirə edib.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Prezidentlər "Akkuyu” AES və "Türk axını” layihəsinin tikintisi ilə bağlı fikir mübadiləsi aparıblar.

Putin və Ərdoğan həmçinin müntəzəm şəxsi əlaqələrin saxlanılmasına dair razılığa gəliblər.

İcmal.Az

RƏYLƏR