7NEWS.az xəbər verir ki, dünən gecə Cənubi Amerika ölkəsi Ekvadorun Qalapaqos adaları yaxınlığında Isla İzabella və Santa Kruz adaları arasında üzən turist gəmisi batıb. Səlahiyyətlilərdən verilən açıqlamada qayığın batması nəticəsində 2-si Ekvador, biri Kolumbiya, digəri isə ABŞ-İsrail vətəndaşı olmaqla 4 nəfərin həyatını itirdiyi, 2 turistin də itkin düşdüyü bildirilir. Hadisə zamanı 31 turistin xilas edildiyi, yaralıların xəstəxanaya aparıldığı bildirilib.
7NEWS.az