Qazaxıstanın Alma-Ata vilayətində "Range Rover" avtomobili dəvə ilə toqquşub.
İcmal.Az-ın məlumatına görə, bu barədə vilayət Daxili İşlər İdarəsi məlumat yayıb. Məlumata görə, qəza nəticəsində maşının qadın sürücüsü və 3 nəfər sərnişin yerində, 1 nəfər isə daha sonra xəstəxanada olmaqla 5 nəfər ölüb.
Məlumata əsasən, qəzada dəvə də ölüb. Dəvənin sahibi hələ üzə çıxmayıb.
Yol qəzası faktı üzrə cinayət işi başlanılıb.
İcmal.Az