“Qızı” ilə evli olan “Klon” serialının “Lukas”ı illər sonra – FOTO

OXUNUB: 1295 ŞOU-BİZNES

2003-cü ildə Azərbaycanda ən çox izlənilən serial şübhəsiz ki, "Klon” idi. Çayxana və qadın qeybətlərinə mövzu olan ekran işinə şeirlər belə yazılmışdı. İnsanların fikir ayrılıqlarına səbəb olan, qadınları iki seçim arasında qoyan isə Lukasın, yoxsa Səidin Hadeyə daha yaxşı yaraşması məsələsi idi. Yaraşıqlı və xarizmatik aktyorların ayrı-ayrılıqda öz fanat ordusu yaranmışdı.

İcmal.Az Oxu.Az-a istinadən serialda Lukas, Dieqo və Leo obrazını canlandıran Murilo Benisionın haqqında az bilinən bir məlumatı diqqətinizə çatıracaq.

Belə ki, serialın yayımlandığı dövrlərdə ekran işində onun qızı Mel (Melissa Ferraz) obrazını canlandıran aktrisa Debora Falabella ilə sevgili olması barədə xəbərlər çıxmışdı. Ancaq bu, təsdiqini tapmamışdı. Ancaq yayılan şayiələrin yalan olmadığı öz təsdiqini tapıb

Onların bu gününə nəzər yetirdikdə qarşımıza evli və iki övlad sahibi olan bir cütlük çıxır. Bir oğlu və bir qızı olan cütlüyün fotolarını təqdim edirik.

 

İcmal.Az

RƏYLƏR