Qorxmaz Hüseynovun həbsi tələb edildi: "'YEDİYİ' MİLYONLARA GÖRƏ CAVAB VETMƏLİDİR"

OXUNUB: 871 index-manşet İQTİSADİYYAT
7MEWS.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Aslan İsmayılov Bakının tam mərkəzində insanların aylarla suya möhtac qalmasına münasibət bildirərkən deyib: " Bu gün Binəqədidə su problemi ilə bağlı yazıma olan şərhlərlə tanış oldum. Yanğısız oxumaq olmur. Vəziyyət bu dərəcədə acınacaqlı olduğunu təsəvvür belə eləməzdim. Bu qədər vicdansızlıq olarmı?! İnsanlara "gigiyenik qaydalara riayyət edin", "evdə qalın" deyirik, ancaq aylarla bir çox yerlərdə suyu yoxdur, olanda da keçən əsrdəki kimi saatla verilir. Milyardlar ayrılan sahənin belə bərbad vəziyyətdə olması heç kimə bağışlanmamalıdır. Heç olmasa ayrılan pulun yarısını yeyib, yarısını təyinatı üzrə xərcləsəydilər bu gün belə ağlamalı mənzərə olmazdı.
Bəziləri bunun su qıtlığı ilə bağlı olması, Kürdə, Arazda suyun azalması ilə əlaqələndirməyə çalışırlar. Bu, tamamilə yanlış fikirdir. Əgər mövcud su ehtiyatı itkisiz istifadə olunsa heç bir problem olmaz. Ən azından Bakının harasına baxırsan suyun küçələrə axmasından yollar belə xarab olur. Su xətlərini təzələmək əvəzinə çürümüş borulardan istifadə olunur, təmir əvəzinə ağacdan paz vurulur. O görüntüləri hamımız görmüşük. İndi təsəvvür edin, ölkə üzrə nə qədər belə pazlar vurulub və nəticədə sızıntı, axma, itki nə qədərdir. İkincisi, əgər şəhərdə mövcud olan bütün böyük istirahət ocaqları, iaşə obyektləri, hektarlarla sahələri olan villalara su sayğacla verilərsə əminəm ki, yenə su qıtlığı olmaz. "İnsanlar çox su işlədir" deməklə deyil. İnsanlar işlətdikləri suyun pulunu ödəyirlər, sayğac olan heç bir yerdə heç kim artıq itkiyə yol verməz.
Bir sözlə, bu biabırçılığın bircə səbəbi var, o da KORRUPSİYADIR! Aidiyyatı qurumlar bu cinayətə görə cavab verməlidilər."
Məlumat üçqn qeyd edək ki, sözügedən sahənin məsul şəxsi Azərsu ASC-nin sədri Qorxmaz Hüseynovdur. 
7NEWS.az

RƏYLƏR