Ürəyi xəstə olduğu deyilən Məleykə: "Məhkəmə çəkişmələri səhhətimə pis təsir etdi"

OXUNUB: 724 ŞOU-BİZNES
Xalq artisti Məleykə Əsədovanın ürəyinin xəstə olduğuna dair mətbuatda bir sıra xəbərlər yayılıb.

 O bildirib ki, ürəyində heç bir problem yoxdur:

"Ürəyimlə bağlı heç bir problemim yoxdur. Sadəcə bildiyiniz kimi, mən Azərbaycan səhnəsində ən çətin rolları canlandırmışam, ağır səhnələrdə rol almışam. Bunlar da təbii ki səhhətimə cüzi təsir göstərir. Mən aktrisayam, rolumu ürəkdən oynayıram. Həm də ki son zamanlar Ramiz Məliklə aramızda olan məslə ilə bağlı məhkəmə çəkişməmiz oldu. Bu məhkəmə söhbətləri də səhhətimə təsir edir. Amma buna baxmayaraq hər zaman da səhhətimlə bağlı müayinədən keçirəm".

Xalq artisti bildirib ki, valideynləri də ürək xəstəliyindən əziyyət çəkib:

"Atamla anamın da ürəyində problem olub. Sevənlərimə demək istəyirəm ki, narahatçılığa heç bir əsas yoxdur. Ürəyim xəstə deyil"./big


 

İcmal.Az

RƏYLƏR