Rinat sosial şəbəkədə tanış olduğu qadını 6 il seks köləsi kimi saxladı - FOTO

OXUNUB: 615 HADİSƏ

Kişi sosial şəbəkədə tanış olduğu qadını 6 il müddətinə evində seks köləsi kimi saxlayıb.

İcmal.Az Mirror-a istinadla xəbər verir ki, Rusiya polisi baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb. Adı açıqlanmayan qadını evində seks köləsi kimi saxlayan Rinat Bilyanov tutulub.

İddialara görə, Rinat Bilyanov sosial şəbəkədə tanış olduğu qadını 6 il boyunca evində saxlayıb, onu uşaqlarının gözü qarşısında dəfələrlə döyüb. Qadının 6 il ərzində Rinatdan 4 uşağı dünyaya gəlib.

Zorakılığa məruz qalan qadının şəkilləri yayılıb. O, mətbuata açıqlama verib. Kamera qarşısına keçən qadın bildirib ki, Rinat oğluna böyüyəndə məni necə döyməyi öyrədirdi.

 

Qeyd edək ki, onlar tatarlara aid olan tanışlıq səhifəsində tanış olublar və rəsmi nikaha girməyiblər.

İcmal.Az


RƏYLƏR