Rusiya Xəzərdə antiterror təlimləri keçirir

OXUNUB: 505 DÜNYA

Rusiyanın Xəzər hərbi donanmasının şəxsi heyəti antiterror təlimləri keçirib.

Təlimlər zamanı şəxsi heyət şərti düşmənin qərargaha hücumunun qarşısını alıb.

Cənub Hərbi Dairənin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib ki, təlimlərin planına əsasən, qeyri-qanuni silahlı qruplaşma nəzarət-buraxılış məntəqəsinə hücum edərək, Xəzər donanmasının qərargahını zəbt etməyə çalışır. Təlimlər zamanı hücumun qarşısı alınıb, şərti düşmən isə məhv edilib.

Təlimlərdə 50-dən çox hərbçi iştirak edib. Qeyri-qanuni silahlı qruplaşma qismində isə Xəzər hərbi donanmasının dəniz piyadalarından ibarət dəstə çıxış edib./oxu

İcmal.Az

RƏYLƏR