Rusiya XİN-in əməkdaşı arvadını və qızını öldürüb, sonra isə intihar edib

OXUNUB: 951 DÜNYA

Moskvanın cənubi-qərbində 44 yaşlı kişi odlu silahla həyat yoldaşını və 5 yaşlı qızını qətlə yetirdikdən sonra intihar edib.  

Hadisə mayın 14-də Lenin prospektində yerləşən evlərin birində baş verib.

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. 

İlkin məlumata əsasən, hadisəni törədən şəxs Rusiya XİN-in Asiya və Sakit Okean əməkdaşlığı departamentinin işçisidir./oxu.az

İcmal.Az

RƏYLƏR