Rusiyada azərbaycanlı avtomobil oğrusu yaxalanıb – VİDEO

OXUNUB: 586 DÜNYA

Rusiyanın Volqoqrad şəhərində, fevralın 11-də 24 yaşlı azərbaycanlı maşın oğrusu saxlanılıb.

Gəncin saxlanılma anının videogörüntüsü yayılıb.

Volqoqrad sakinlərinin məlumatına görə, o, başqasına məxsus "Lada Vesta” avtomobilində uzağa qaça bilməyib və dövlət yol təhlükəsizliyi müfəttişliyinin əməkdaşları onu təqib edərək yaxalayıb.

Maşını qaçıran şəxs nə Volqoqrad, nə də digər Rusiya şəhərinin sakini olmadığını bildirir. Onun sözlərinə görə, Azərbaycandan gəlib və hələlik Rusiyada müvəqqəti yaşama icazəsi almayıb.

O qeyd edir ki, "Lada”nın açarını oğurlamayıb,  onu tələbə yataqxanasının çıxışından tapıb. Maşını görüb və onu sürmək istəyinə düşüb./oxu

İcmal.Az

RƏYLƏR