Rusiyada Qazaxıstanın latın əlifbasına keçidindən narazıdırlar

OXUNUB: 683 DÜNYA

Rusiyalı deputat Aleksey Juravlev Dövlət Dumasının qazaxıstanlı həmkarlarına müraciət edərək, Astananın latın əlifbasına keçməsi ilə bağlı qərarından narazı olduqlarını bildirməyi təklif edib.

Deputatın sözlərinə əsasən, Qazaxıstan vətəndaşları arasında çoxlu sayda rusdillilər var. Ona görə də latın əlifbasına keçdikdən sonra  münaqişələr yarana bilər. O təqdirdə, Rusiya  məsələyə müdaxilə etməli olacaq. 

"Biz susmamalıyıq. Gəlin, nə qədər ki gec deyil, bu məsələni indi qaldıraq. Latın əlifbasına keçid Rusiya Federasiyasına qarşı atılan qeyri-dost addımıdır”, - deyə Juravlev Dövlət Dumasının plenar iclasının gedişatı zamanı bildirib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nirsultan Nazarbayev latın əlifbasına mərhələli keçidlə bağlı sərəncam imzalayıb.  

İcmal.Az

RƏYLƏR