RZAYEVLƏR AİLƏSİNİN “İŞIQLI” BİZNESİ - ŞOK TƏFƏRRÜAT

OXUNUB: 3699 Özəl TƏHLİL

Tanış olun: Rzayevlər ailəsi

Bu ailənin üzvlərinə Azərbaycanda elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər ciddi işlərlə məşğul olan bir neçə şirkətin təsis sənədlərində rast gəlirik. Bakıda Böyükşor şossesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan "Santral Elektrik LTD” şirkətinin səhmlərinin, rəsmi sənədlərə görə, 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur (Balababa Rzayev yerli mətbuata verdiyi müsahibələrində özünü Baba Rzayev kimi tanıdır deyə biz də mətndə Baba Rzayev kimi qeyd edirik-red.)
"Santral Elektrik LTD” Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev - B.Rzayevin qardaşı rəhbərlik edirdi. İndi "Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova - B.Rzayevin qaynına verilib. Həm də təkcə "Santral Elektrik” yox. Əldə etdiyimiz sənədlərə görə, bu ailə Azərbaycanda elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir. Ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə B.Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan "Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir. Məhz o dövrdə paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən - "Barmek” şirkətindən alınaraq bərpa edilmiş dövlət qurumuna - "Bakıelektrikşəbəkə”yə keçib.

Baba Rzayev və onun həyat yoldaşı Nərminə Həsənova iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləridir. 

B.Rzayev "Santral Elektrik”in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar - 2003-cü ildə türkiyəli iş adamı öz payını B.Rzayevə satıb. "Bakelektrikşəbəkə”yə sədr keçəndən sonra onun "Santral Elektrik”i də qeyri-rəsmi idarə etdiyi bildirilir.
İxtisasca elektrik mühəndisi, ADNA məzunu olan B.Rzayev "Bakelektrikşəbəkə”yə rəhbər göndərilməzdən əvvəl "Bakelektro” ASC-nin icraçı direktoru işləyib. Hazırda "Bakelektro”ya da onun qardaşı Emin Rzayev rəhbərlik edir. "Santral Elektrik” Azərbaycanda elektrik avadanlığı, onların quraşdırılması və xidmət sahəsində iri özəl şirkət hesab edilir. İnternet səhifəsindəki məlumatlara görə, "Legrand” (Fransa), "Pirelly” "GEWISS”, "KEMMR.I” (Finlandiya), "Vortice” (İtaliya), "Stanley” (ABŞ), "Philips”, "Osram”, "Dewallt”, "Massive” və başqa şirkətlərin Azərbaycanda rəsmi distribütoru da "Santral Elektrik”dir.
Satınalmalar Komitəsinin internet səhifəsində əksini tapmış tender siyahısından görürük ki, 2011-ci il ərzində bu şirkət müxtəlif dövlət qurumlarına elektrik avadanlığı satıb. Bu siyahı dövlət qurumlarının alqı-satqı müqavilələrinin heç də hamısını əks etdirmir.

 

198

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi

Elektrik avadanlıqlarının satın alınması

"Santral elektrik LTD" MMC

7844,64

451

Prezidentin İşlər İdarəsinin Pansionatı

Elektrik malların satın alınması

"Santral Elektrik" MMC

3608,98

491

Əmlak Məsələləri Dövlət Komitəsi

Elektrik avadanlıqlarının, onların quraşdırılması və təmir işlərinin satın alınması

"Santral Elektrik LTD" MMC

4748,9

1143

"Təmiz Şəhər" ASC

Projektorlu generatorun satın alınması

"Santral Elektrik LTD" MMC

11800

2452

Hesablama Palatası

Lampaların və elektrik malların satın alınması

"Santral Elektrik LTD" MMC

3449,14

3137

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Generatorların alınması və quraşdırılması işlərinin satın alınması

"Santral Elektrik LTD" MMC

25134

3817

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

Digər maşın və avadanlıqların satın alınması

"Santral Elektrik LTD"

11601,76

4659

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi

Elektrik mallarının satın alınması

"Santral Elektrik LTD" MMC

16005,96

4854

Mərkəzi Bank

Elektrik mallarının satın alınması

"Santral Elektrik LTD" MMC

6127,65

 

Qaranlıqdan işıq saçan "Bakıelektrikşəbəkə”

Satınalmalar Komitəsinin saytında əksini tapmasa da "Santral Elektrik LTD”in internet səhifəsində bir il bundan əvvələ qədər göstərilən reklam prospektlərində bu şirkətin həm də Bakı aeroportuna gedən yolun işıqlandırılması, Bakı beynəlxalq hava limanı və Bakı beynəlxalq avtovağzalının bütün xarici elektrik təchizatı, kabel, elektrik xətlərinin çəkilişi, Yeni Bakı Neftayırma Zavodu, Səngəçal terminalı, Milli Olimpiya Komitəsi, "LukOil” şirkətinin baş ofisi, "Azəri-Çıraq” şirkəti, Dərin Özüllər Zavodu, Bakı Metropoliteninin də işıqlandırma məsələləri ilə məşğul olduğunu görə bilərdik.
Amma "Santral Elektrik” Rzayevlərin "işıqlı” biznesinin ümmanında bir damladır. "İşıqlı” biznesin hərəkətverici qüvvəsi isə "Bakıelektrikşəbəkə”nin tenderləri və alqı-satqı müqavilələridir. "Bakıelektrikşəbəkə”nin fəaliyyəti ekspertlər tərəfindən şəffaf dəyərləndirilmir. Qurumun keçirdiyi tenderlər şəffaf deyil. İnternet saytlarında tender elanlarını görmək olar, amma nəticə və qaliblər barədə bilgi verilmir. "Azadlıq” radiosunun bu barədə sorğuları da "Bakıelektrikşəbəkə” tərəfindən cavablandırılmayıb. ASC-nin İnsan Resursları və Xidmət İdarəsindən sorğuya verilən cavaba görə, "”Bakıelektrikşəbəkə" göstərdiyi xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliyə dair informasiya verə bilər. Sorğunuz bununla əlaqədar olmadığından onun icrasının təmin edilməsi mümkün deyildir".

Prezidentə "Bakıelektrikşəbəkə” haqda nə deyiblər?

"Bakıelektrikşəbəkə”nin qeyri-şəffaf tenderləri, yeyintilər barədə hökumətdə də suallar yaranmağa başlayıb. Məsələn, "Azadlıq” radiosu bu barədə prezident İlham Əliyevin xüsusi tapşırığı ilə yoxlama aparan Dövlət Nəzarəti Şöbəsinin rəyini əldə edib:
"Bakıelektrikşəbəkə” ASC təqribən 90 milyon manat məbləğində 236 müqaviləni dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pozaraq tender keçirmədən, razılıq almadan birbaşa bağlamış, bəzi malların alınmasına təcili zərurət yarandığını əsas gətirərək birbaşa müqavilələrin bağlanmasına icazə alsa da bəzən müqavilələri razılıqdan 4-11 ay sonra imzalamış, bir sıra hallarda isə tenderdən yayınmaq məqsədilə malların məbləği süni surətdə ayrı-ayrı hissələrə bölüşdürülmüşdür.
Hər birinin qiyməti 145375,84 manat olan 2 transformatorun alınmasına təcili tələbatın yaranması əsası ilə icazə alınsa da bu mallar xarici şirkətdən 8 ay sonra alınmış və bu müddətdən 5 ay sonra anbara mədaxil edilmişdir. Qeyd olunan müqavilədən 2 ay sonra eyni gücə malik 1 transformator yerli şirkətdən 28600 manata alınmışdır. Eyni zamanda 52,5 min manata "Avalon” markalı avtomobilin alınması və rayon idarələrində 231,3 min manat məbləğində cari təmir işlərinin aparılması icazə alınmadan həyata keçirilib".
"Bakıelektrikşəbəkə”nin tenderləri ilə əlaqədar suallarımızı Dövlət Satınalmalar Agentliyi cavablandırmayıb. "Santral Elektrik LTD”nin "Bakıelektrikşəbəkə” ilə tenderli və tendersiz münasibətləri barədə də suallarımıza cavab tapmırıq. Amma araşdırmalarımız "Santral Elektrik”in Rzayevlərin işıqlı biznesində yeganə halqa olmadığını göstərir.

Dövlət sifarişini öz şirkətinə verib?

Büdcədən maliyyələşən sifarişləri həyata keçirən "Göknur Bakı LTD”, "General Boards System” ("GBS”) MMC şirkətləri "Santral Elektrik”lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir. "GBS” MMC-ni B.Rzayevin oğlu və qardaşı - Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. "GBS” MMC-nin son işləri Bakı beynəlxalq hava limanı, Muğam Teatrı, "Park Bulvar” və "Landmark”ın işıqlandırmasını təmin etmək olub.
2003-cü ildə yaradılmış "Göknur Bakı LTD”-nin Vergilər Nazirliyi reyestrindən çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi kimi göstərilir. Digər təsisçi isə "Handa Group”dur. Bu şirkət sifarişlərini birbaşa sahibinin başçılıq etdiyi dövlət qurumundan - "Bakıelektrikşəbəkə”dən alıb.

 

Satınalan təşkilatın adı

Predmetin adı

Qalib

Qalibin adı

Qiyməti

"Bakıelektrikşəbəkə" ASC

10 kV-luq XLPE (A2XSE) 1x150 markalı kabelin satın alınması

"Göknur-Bakı LTD" MMC

47223,6

"Bakıelektrikşəbəkə" ASC

10 kV-luq XLPE (A2XSY) 1x120 markalı kabelin satın alınması

"Göknur-Bakı LTD" MMC

42815,12

"Bakıelektrikşəbəkə" ASC

10 kV (A2XSY) 1x150 markalı kabelin satın alınması

"Göknur-Bakı" LTD MMC

106196,84

"Bakıelektrikşəbəkə" ASC

NYY 3X185 və 1X95 markalı kabellərin satın alınması

"Göknur-Baki LTD" MMC

47498,48

"Bakıelektrikşəbəkə" ASC

Müxtəlif növ kabellərin satın alınması

Göknur-Baki Ltd MMC

83048,4

 

 

 

 

 

 

 

 

 

 

Təkcə 2011-ci il üçün tender reyestrində göstərilənlərə görə, "Bakıelektrikşəbəkə”nin "Göknur Bakı”ya rəsmi müqavilələr əsasında ödədiyi pulların ümumi həcmi: 338368,86 manatdır. "Göknur Bakı LTD” müxtəlif növ kabellərin istehsalı və quraşdırılması ilə məşğuldur. Həm "GBS” MMC-nin, həm də "Göknur Bakı”nın Zirə qəsəbəsində yanaşı sahədə kabel və elektrik avadanlıqları istehsalı zavodu var. 

Yeri gəlmişkən, "Bakıelektrikşəbəkə”nin tender qaliblərindən "Azərelektrikşəbəkətikinti” ASC-nin təsisçilərinin də birinci ledinin ailəsi ilə qohumluq əlaqələri haqqında məlumat var. B.Rzayevin başçılıq etdiyi dövlət qurumunun büdcəsindən öz şirkətlərinə verdiyi sifarişlərin vəsaiti təkcə hər Bakı sakininin ödədiyi elektrik haqqından deyil, həm də dövlət büdcəsinin "Bakıelektrikşəbəkə”yə səxavətlə ayırdığı infrastruktur sərmayəsindən gəlir. Son 5 ildə dövlət büdcəsindən "Bakıelektrikşəbəkə”yə 335 milyon manat investisiya yatırılıb - 2007-ci ildə 60 milyon manat, 2008-ci ildə 120 milyon manat, 2009-cu ildə 50 milyon manat, 2010-da 55 milyon manat və nəhayət, 2011-ci ildə 50 milyon manat.
"Bakıelektrikşəbəkə” ASC-nin "Azərenerji” ASC-yə 2011-ci il fevralın 1-nə olan balans və balansarxası hesablar üzrə 83 mln. manat kreditor borcları Nazirlər Kabinetinin qərarı ilə silinib. Konstitusiya Araşdırmaları Fondunun direktoru Əliməmməd Nuriyev deyir ki, qanunvericilik yaxın qohumların nəzarətində olan şirkətlərlə tender müqaviləsi bağlanmasını qeyri-mümkün edir: "Burda açıq-aşkar maraqlar toqquşması baş verib. Təəssüf ki, ”Bakıelektrikşəbəkə" ilə yanaşı bir çox təşkilatlarda da dövlət satınalmaları ilə bağlı qanunun normaları pozulur. Tenderlərdə qohumlar iştirak edirsə, onda bərabər şəraitin yaradılmasından söhbət gedə bilməz. Beləliklə də milyonlarla vəsait səmərəsiz surətdə dağıdılır. Ümumiyyətlə, qanuna görə, icra strukturunda çalışanlar biznes fəaliyyəti ilə məşğul ola bilməz. Amma bir tərəfdən "Bakıelektrikşəbəkə”nin səhmləri hamısı dövlətin səhmləridir, digər tərəfdən isə təsərrüfat hesablı çalışır. Bununla belə o, biznes fəaliyyətini dayandırmalıdır".
"Bakıelektrikşəbəkə” ASC-nin rəsmiləri B.Rzayevin dövlət vəsaiti hesabına şəxsi biznesini inkişaf etdirməsi ilə bağlı suallarımızı cavablandırmaqdan imtina ediblər. 2011-ci ilin yanvarında prezident tərəfindən elan olunan antikorrupsiya kampaniyası "Bakıelektrikşəbəkə”dən yan keçib. Hətta prezidentə bu dövlət qurumundakı vəziyyət barədə məlumat verilsə də.

RƏYLƏR