Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Samtredia” – "Qarabağ” oyununun başlama saatı müəyyənləşib.
İcmal.Az UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbər verir ki, komandalar arasında cavab matçı iyulun 18-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşma Tiflisdəki Boris Payçadze adına "Dinamo” stadionunda keçiriləcək.
Xatırladaq ki, iyulun 11-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk oyun da saat 21:00-da başlayacaq.
İcmal.Az