“Səudiyyə İrandakı terrorçulara yardım edir” - İran XİN-i

OXUNUB: 765 DÜNYA

İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanını İranın şərqində yerləşən terrorçulara dəstək verməkdə ittiham edib.

Bu barədə Zərif Osloda keçirilən mətbuat konfransında çıxışında deyib:

"Bizim əlimizdə olan kəşfiyyat məlumatlarına əsasən, Səudiyyə Ərəbistanı İranın şərq hissəsində, Bəlucistanda aktiv şəkildə terror qruplaşmalarına yardım edir”. 

Xatırladaq ki, iyunun 7-də 4 nəfərdən ibarət terror qrupu qadın paltarında İran parlamentinin binasına atəş açmışdı. Daha sonra onlardan biri intihar etmişdi.

Qeyd edək ki, Ər-Riyadla Tehran arasında ötən ilin dekabrından diplomatik əlaqələr kəsilib. /qafqazinfo

 

İcmal.Az

RƏYLƏR