Sınan qulaqcığa görə anasını güllələdi

OXUNUB: 596 DÜNYA

ABŞ-da 28 yaşlı Metyu Nikolson onu videooyundan yayındıran anasını qətlə yetirib.

Bu barədə "The Washington Post” məlumat yayıb.

Polisin sözlərinə görə, oğlunun yataq otağından gələn qışqırıq səslərindən qorxuya düşən 68 yaşlı qadın otağa daxil olub. Çılğın oğul qəzəblənərək qulaqcıqlarını sındırıb və buna görə anasını təqsirli bilib. Bundan sonra ana-bala arasında düşən mübahisə daha da gərginləşib.

"O həm anası, həm atasını öldürəcəyini deyib”, - deyə asayiş keşikçilərindən biri bildirib.

Bundan sonra Nikolson əlində tapança anasının olduğu otağa qayıdaraq üç dəfə atəş açıb: güllələrdən ikisi divara tuş gəlib, bir güllə isə qadını başından ölümcül yaralayıb. Qadın aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib.

Anasını güllələməklə kifayətlənməyən Metyu atasını öldürməyə çalışsa da, sonuncu müqavimət göstərərək, tapançanı onun əlindən alıb.

Cinayət yerindən qaçan Metyu bir müddət sonra polis əməkdaşları tərəfindən həbs olunub. Metyunun odlu silahı hansı yolla əldə etdiyi barədə məlumat verilmir./oxu

 

İcmal.Az

RƏYLƏR