Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.
Bu barədə 7News.Az -ya Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, faktla bağlı müvafiq araşdırmalar aparılır, hadisənin təfərrüatı öyrənilir.