Son dəqiqə: İran PKK-nı bombaladı, ABŞ hərbi təyyarələrini havaya qaldırdı

OXUNUB: 589 DÜNYA
Suriyada Əsəd rejimi sıralarında döyüşən İran yönlü qüvvələr Deyr-əz-Zorda PYD/PKK terror təşkilatı işğalında olan neft-qaz ərazilərini ələ keçirmək üçün səylərini davam etdirir.

İcmal.Az  xəbər verir ki, İran yönlü qüvvələr ilə PYD/PKK arasında atışma davam edir. İran yönlü qüvvələr Koniko qaz yatağının ətrafına raket və top zərbələri endirir. PYD/PKK atəşlə cavab verir. Terror təşkilatı İran yönlü qüvvələrin yerləşdiyi Deyr-əz-Zorun şimalındakı Həşşam Mırat və Salihiya mahallarını vurub.

Dünən gecə isə ABŞ təyyarələri Haşşam mahalına hav hücumu təşkil edib.

Əsəd sıralarında döyüşən qüvvələr ABŞ ordusunun hava hücumunun qarşısını almaq üçün Koniko qaz fabrikində yerləşiblər.
 
İcmal.Az

RƏYLƏR