İCMAL.AZ xəbər verir ki, məlumatı dəqiqləşdirmək məqsədi ilə müğənninin adının açıqlanmasını istəməyən yaxını ilə əlaqə saxlanılıb. Həmin şəxs Nazimin həqiqətən də xərçəngdən əziyyət çəkdiyini təsdiqləyib:
"Bəli, 2 aydır ki, o, ağır xəstəlikdən əziyyət çəkir. İlk olaraq müalicə üçün İzrailə üz tutub. Hazırda isə müalicəsini Türkiyədə davam etdirir".
48 yaşlı müğənnimizə redaksiyamız adından Allahdan şəfa diləyirik.