Suriyanın şimalında əməliyyatlar başlanandan öldürülən terrorçuların sayı 550-yə çatıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib. Qeyd olunub ki, hərbi əməliyyatlar zamanı 550 nəfər PKK/PYD-YPG terrorçusu məhv edilib.
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimalında "Barış bulağı” hərbi əməliyyatlarına başlayıb.