Tanınmış aktyorun döyülmə anı - VİDEO

OXUNUB: 796 ŞOU-BİZNES
"Ayrılsakta beraberiz" serialı ilə şöhrət qazanan aktyor Hakan Yılmaz və xanımı Elif Yılmaz 3 nəfər tərəfindən döyülüblər.

Davanın görüntüləri yayılıb. Onlar ötən gün İstanbulun Etiler səmtindəki oteldə hücuma məruz qalıblar.

Aktyor Vural Yılmazın "Sən məni tanıyırsan?"sualına "Üzr istəyirəm, tanımıram" sözlərinə görə döyülüb. Vural "Sən məni niyə tanımırsan? Səni də, arvadını da öldürərik" deyərək aktyorla xanımına hücum edib

Otelin işçiləri polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər 3 nəfəri polis bölməsinə aparıblar. Aktyor və xanımı isə xəstəxanaya aparılıblar./milli



 
İcmal.Az

RƏYLƏR