Telefonla oynadığı yerdə 8 metr hündürlükdən yıxılıb öldü

OXUNUB: 614 DÜNYA

Çində gənc oğlan telefonla oynadığı zaman 8 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Hadisə Anhoy əyalətində baş verib. Tszyuxuaşan dağına ekskursiyaya gələn turistlərdən biri diqqətsizliyi üzündən həyatını itirib. Ekskursiyaya atası ilə gələn gənc oğlan maraqlı yerlərə baxmaqdan yorulub və turistləri yıxılmaqdan qoruyan mühəccərin üstündə oturaraq telefonla oynamağa başlayıb. Başı oyuna necə qarışıbsa, söykənəcək olmadığını unudub və... 8 metr hündürlükdən yıxılan gənc oğlan yerindəcə keçinib.

Qeyd edək ki, Çində internet və oyun asılılığına qarşı ciddi mübarizə aparılır./publika

 

İcmal.Az

RƏYLƏR