Tramp Çin lideri ilə görüşəcək

OXUNUB: 659 DÜNYA
ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının lideri Si Tsinpin ilə görüşə hazırlaşır.


Dövlət başçılarının görüşü Almaniyanın Hamburq şəhərində, "G20" sammitinin çərçivəsində baş tutacaq. Bu barədə Çinin XİN-i məlumat verib.

21 iyun tarixində Vaşinqtonda xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Çin-ABŞ dialoqu baş tutub. Bu dialoqdan sonra liderlərin görüşü barədə xəbər yayılıb.

Bundan başqa ABŞ prezidenti Donald Tramp Ayova ştatına səfəri zamanı bəyan edib ki, Vaşinqtonun Çinlə yaxşı münasibətləri var: "Bizim Çinlə əla münasibətlərimiz var. Sədr Si həqiqətən də xoşuma gəlir"./olke.az
 

İcmal.Az

RƏYLƏR