ABŞ prezidenti Donald Tramp "G-20” sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə şam yeməyi zamanı görüşün olması ilə bağlı yayılan məlumatları təkzib edib.
Bu barədə prezident öz "Twitter” səhifəsində yazıb.
"Putinlə "G-20” sammitində gizli şam yeməyi haqqında yalan xəbərlər xəstəlikdir. "Böyük iyirmiliyin” bütün liderləri və onların həyat yoldaşları Almaniyanın kansleri tərəfindən dəvət edilmişdi. Mətbuat bunu bilirdi...”, - deyə Tramp "Twitter”də yazıb.
O, daha sonra əlavə edib ki, KİV-lər bu cür yalan xəbər yaymaqla düzgün davranmırlar.
Qeyd edək ki, daha əvvəl KİV-də Rusiya prezidenti Vladimir Putinin Hamburqda keçirilmiş "G-20” sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla daha bir qeyri-rəsmi görüş keçirməsinə dair məlumat yayılıb. /oxu
İcmal.Az