ABŞ prezidenti Donald Tramp müttəfiqi olan ölkələrə çağırış edib.
Prezident müttəfiqlərindən Livan mərkəzli Hizbullah hərəkatını terrorçu təşkilatlar siyahısına daxil etməyi tələb edib.
O, ABŞ-ın müttəfiqi olan ölkələrin İranın Yaxın Şərqdəki fəaliyyətləri ilə mübarizə etməsinin vacib olduğunu vurğulayıb: "Bütün müttəfiqlərimizi bizə dəstək verməyə və İranın fəaliyyətinə mane olmağa çağırıram. Hizbullahı terror təşkilatı olaraq tanımalısınız. Bütün ölkələr İran İnqilab keçikçilərinə edilən maliyyə yardımlarına son verməlidir”./publika
İcmal.Az