Trampın əsgərlərindən ƏXLAQSIZ TƏKLİF

OXUNUB: 517 DÜNYA

ABŞ prezidenti Donald Trampı Asiyaya səfəri zamanı müşahidə edən 3 nəfər hərbi qulluqçu əcnəbilərə əxlaqsız təkliflər etdiyi iddiası ilə vəzifəsindən azad edilib.

 Bu barədə yayılan məlumatları rəsmi Ağ Ev də təsdiqləyib.

Birinci dərəcəli hərbiçilər dövlətin və dövlət başçısının təhlükəsizliyinə cavabdeh şəxslər hesab edilir. Pentaqon hadisənin ciddi şəkildə araşdırılmasını tələb edib.

İlkin iddialara görə, sözügedən 3 hərbçi Trampın Vyetnam səfəri zamanı əcnəbi qadınlarla əxlaqsız münasibətlərə giriblər. Bundan əlavə, onlara qarşı kobud və əxlaqsız müraciətlər də ediblər.

İddialar həqiqətən də təsdiqlənəcəyi təqdirdə onlar ağır töhmət alaraq ordudan uzaqlaşdırılacaq və hətta hərbi məhkəmədə qanun qarşısında cavab verməli olacaqlar.

Cari ilin iyul ayından 3 nəfərdən birinin Donald Trampı kilsədə üzərinə düşəcək çilçıraqın altında qalmaqdan xilas etdiyi bildirilmişdir./publika

İcmal.Az

RƏYLƏR