"Tükənən ehtiyatsız olan suyun qənaətlə istifadə istiqamətində ictimaiyyətin maarifləndirilməsi" layihəsi həyata keçirilib

OXUNUB: 751 QHT SOSİAL
Layihə çərçivəsində nəzərdə tutulan təlimlər Mingəçevir şəhərində həyata keçirilib. 
"İstedadlı və Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində təhsil alan yeniyetmə və gənclərin mövzu istiqamətində bilik və bacarıqlarının artırılması ilə yanaşı cəmiyyətin digər üzvləri üçün faydalı məlumatları ötürə biləcək gənclərin formalaşdırılmasından ibarətdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gəncləri tükənən ehtiyatsız olan sudan səmərəli istifadəyə səsləməklə bu istiqamətdə bilik və bacarıqlarının artırılmasına töhfə verib. Təlimlər zamanı iştirakçı gənclər onlara verilən ayrı-ayrı istiqamətlər üzrə komanda işləri hazırlayıb müzakirələr ediblər.
 
Açıklama yok.
Açıklama yok.

RƏYLƏR