"Türkiyə və Almaniya xarici işlər nazirləri almaniyalı millət vəkillərinin İncirlik bazasına giriş məsələsini müzakirə edəcək, amma onların arasında Türkiyədə terrorçuluğu dəstəkləyənlər olmamalıdır".
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bunu NATO sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan vurğulayıb ki, terroru dəstəkləyən millət vəkilləri yaxşı qarşılanmayacaq: "Bununla bağlı, nazirlərimiz danışıqlar aparacaq və lazımi qərar qəbul olunacaq".
Bir müddət əvvəl Türkiyə hökuməti almaniyalı bir qrup deputatın İncirlik bazasına səfərinin qəbuledilməz olduğunu bildirmişdi.
İcmal.Az