Türkiyə bu görüntüdən danışır - "Atam islanmasın" - FOTO

OXUNUB: 772 DÜNYA

Türkiyənin Qaziantep şəhərindəki Yeşildere məktəbində çəkilən görüntülər sosial şəbəkədə diqqət çəkib.

Görüntülərdə şagirdlərin Atatürkün büstünə çətir tutması əks olunub. 

Belə ki, tənəffüs zamanı yağışlı havada büstün islandığını görən məktəblilər heykəlin üstünə çətir tutublar.

 

Onların bu halı müəllimlərini kövrəldib. Müəllim şagirdlərin xəbəri olmadan onların şəklini çəkib, "Atam islanmasın" başlığı ilə sosial şəbəkədə yayıb.

Foto qısa zamanda minlərlə dəfə bəyənilib, paylaşılıb, müzakirə edilib./milli

İcmal.Az

RƏYLƏR