Türkiyədə binadan yıxılan körpəni havada tutdular – VİDEO

OXUNUB: 1043 DÜNYA

Türkiyənin Şanlıurfa vilayətində məhəllə ticarətçiləri körpə uşağın həyatını xilas ediblər.

2 yaşlı Elif üçmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanında oynayarkən dəmir barmaqlığın üstünə çıxıb və müvazinətini saxlaya bilməyərək əllərini buraxıb. 

Həmin vaxt məhəllənin ticarətçiləri eyvanın altında dayanaraq yıxılan uşağı havada tutaraq xilas ediblər.

Həmin görüntüləri təqdim edirik: /metbuat.az

İcmal.Az

RƏYLƏR