Türkiyədə çevriliş cəhdi ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: iki amerikalı və... - FOTOFAKT

OXUNUB: 812 DÜNYA

Türkiyədə FETÖ terror təşkilatının 15 iyul 2016-cı il tarixində çevrilişə cəhdinin yeni şok detalları ortaya çıxıb.

Çevrilişin hərbi əmrlərinin "vörd” proqramında Con adlı şəxs tərəfindən hazırlandığı məlum olub.

Türkiyədə FETÖ-çülərlə əlaqəsi olan və bu ölkədəki vəzifələri başa çatan iki Con var: biri Amerika səfiri Con Bass, digəri isə "İncirlik” hərbi bazasının komandiri Con Valker. Lakin əsas şübhəli kimi Con Valker diqqət mərkəzində saxlanılır.

Türkiyə Silahlı Qüvvələrinin sənəd göndərilməsi sistemi olan MEDAS-dan birliklərə göndərilən xəbərdarlığın tam halı Hüseyn Ömür adlı kiçik hərbi vəzifəsi olan şəxsin onlayn poçt qutusundan çıxıb. Sənədin 7 iyul 2016-cı ildə yarandığı bildirilib. Son dəyişiklik isə 15 iyul saat 23:45-də (Bakı vaxtı ilə - red.) edilib. "Meta/data” analizinə görə sənədi Con adlı istifadəçi ərsəyə gətirib.

15 iyul çevriliş cəhdinin pərdəarxasında ABŞ-ın olub-olmadığı ən çox müzakirə edilən mövzulardan idi. Hazırkı sübut hər fürsətdə bu iddiaları yalanlayıb demokratiya tərəfdarı kimi açıqlamalar verən ABŞ-ın Türkiyədə çevrilşə cəhd etməsini ortaya qoya əhəmiyyətli faktdır.

Maraqlısı isə odur ki, məsələ ilə bağlı adı çəkilən hər iki Conun Türkiyədəki vəzifəsi çevriliş cəhdindən sonra başa çatıb. Sənədlərin hərbi məzmuunda olması isə hədəf taxtasına hərbi bazanın ən ali səviyyəli şəxsi Con Valkeri qoyur. Onun adı həmin dövrdə "İncirlik” bazasında komandir olan çevrilişçi Bəkir Ərcan Van ilə birgə çəkilirdi. İkili çevrilişin uğursuzluqla nəticələnməsindən sonra da bir araya gəlmişdi.

Sonunda "Yurdda Sülh Şurası” yazılan 3 səhifəlik sənəd 20 maddədən ibarətdir. Çevrilişin gecə ediləcəyi hesablanaraq həmin mətnin saat 04:30 üçün yayımlanması planlaşdırılıb. Əmrin ilk maddəsi Yurdda Sülh Şurasının TRT telekanalında oxutduğu mətn kimi yer alıb. Bütün ölkədə hərbi vəziyyət və küçəyə çıxmaq qadağası elan edilən mətndə ilk fövqəladə vəziyyət komandirlərinin göndərildiyi və vəzifələrini tam şəkildə yerinə yetirəcəkləri qeyd edilib./publika

İcmal.Az

RƏYLƏR