Rusiyanın "Qazprom" konserninin Qonaq Evində xadimə işləyən qadının 1 milyon rubl dəyərində "Patek Philippe" qol saatı oğurlanıb.
54 yaşlı Yekaterina Qriqoryevanın Moskva vilayətində, Sosenki kəndindəki villasına gecə saatlarında girən quldurlar qol saatı ilə yanaşı, zinyət əşyalarını və 100 min rublunu da aparıblar.
"O qol saatını mənə hədiyyə etmişdilər. Dəyərini bilmirəm", - Y.Qriqoryeva deyib.
Olay "Kommunarskaya" rayon polis idarəsində araşdırılır.
Ötən il "Qazprom"un digər xadiməsinin "Mitsubishi Outlander" avtomobilinin pəncərə şüşəsini sındıran oğrular 210 min dollar dəyərində "Dior" çantasını aparmışdılar./milli
İcmal.Az