Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 209 nəfərə çatıb, 20 nəfər itkin düşmüş hesab edilir.
İcmal.Az-ın məlumatına görə, ölkənin cənub-qərb və mərkəzi bölgələrində davam edən xilasedici əməliyyatlarda 63 min canlı qüvvə və 80 helikopter iştirak edir.
Yaponiyada leysan yağışlar ötən həftənin ortalarından "Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib.
İcmal.Az